Şahzadə Qızın Gündəlikləri 2
Bir vaxtlar baş qəhrəman Miya Termopolisə sinif yoldaşları “yuxarıdan aşağı” baxırdı. Ancaq ailəsinin böyük sirri açıldıqdan sonra o Avropa ölkələrindən birinin kralının qızı olduğunu öyrənir. Sözün əsl mənasında bir şahzadədir. Nənəsi Klarissanın rəhbərliyi altında şahzadə davranışları, danışıq tərzi və ədaları ilə bağlı sənətin incəliklərini mənimsəməyə çalışır. Yöndəmsiz və dəymədüşər olması onun tədris prosesini əməlli-başlı sirkə çevirib. Başı “şahzadəlik” dərslərinə o qədər qarışıb ki, məktəbdə işləri o qədər də yaxşı getmir. Özünü şahzadə kimi aparmağın qaydalarını hələ tam öyrənməmiş, taxta gələcəyi və kraliça olacağı xəbərini alır. Ancaq tacqoyma mərasimindən əvvəl onu çox çətin sınaq gözləyir. Təşkil olunan balda gələcək həyat yoldaşını seçməli və dövləti müdrik şəkildə idarə edəcəyini xüsusi imtahanda sübuta yetirməlidir.