Çiçəkli Ayın Qatilləri
Birinci Dünya Müharibəsindən sonra Ernest Berkhart böyük "oseyc" hindu qəbiləsi rezervasiyasının olduğu Oklahomaya gəlir. Bu ərazilərdə "Kral" ləqəbli əmisi Uilyam Heyl yaşayır. O, torpaq sahibi, maldar, hinduların dostu və böyük insandır. Kral Ernest'i zəngin hindu ailəsindən olan Molli Kayl adlı gənc qadınla evlənməyə razı salır. İdeya budur ki, bu ailənin torpaq hüquqları nəhayət Burxarta keçəcək və bunun üçün sadəcə Mollinin anası, bacıları və özü ölməlidir.