Şahzadə Qızın Gündəlikləri
Miya Termopolis anası ilə San-Fransiskoda yaşayan 15 yaşlı yeniyetmədir. Bir gün o atasının vəfat etməsi barədə xəbər alır. İndi o Jenoviya dövlətinin kral taxt-tacına sahib olmaq üçün əsas namizəddir. Ölkənin kraliçası Miyanın nənəsidir. O San-Fransiskoya gəlib, nəvəsinə zadəgan qayda-qanunlarını öyrətməlidir. 16 yaşının tamam olması ilə o iki yoldan birini seçməli olacaq: ya anası ilə San-Fransiskoda qalıb, adi amerikalı yeniyetmə həyatını davam etdirəcək, ya da Avropaya yollanıb, tanımadığı cırtdan bir ölkəni idarə edəcək...